Prezident: Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması əməkdaşlıq üçün yeni imkanlar açır

Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır.
Crossmedia.az xəbər verir ki, bu fikri Prezident İlham
Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında
yüksəksəviyyəli görüşdə səsləndirib.
Azərbaycan-Türkmənistan münasibətlərinin yüksəliş dövrünü
yaşadığını vurğulayan dövlət başçısı əlavə edib:
“Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi
davam etdirəcəyik”.
18:06 22.08.2025
Oxunuş sayı: 1379