Azərbaycanın Xəzərdəki hərbi gücü dünya mediasının diqqətində

Azərbaycan Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq silahlanmasında Türkiyənin istehsalı olan “Salvo” adlı dəniz dronlarını nümayiş etdirib. Bu dronlar Türkiyənin Dearsan gəmiqayırma şirkəti tərəfindən Aselsan, Roketsan və Yaltes ilə birgə hazırlanıb.
Crossmedia.az bildirir ki, Defense Express və digər dünya mediası Türkiyə istehsalı olan dəniz dronlarının texniki imkanlarını və Azərbaycanın hərbi potensialına əlavə etdiyi üstünlükləri geniş şəkildə işıqlandırıblar.Onlar bu dəniz dronlarının hərbi və texniki imkanları, həmçinin döyüş gücü və Azərbaycan ordusuna təsiri məsələləri haqqında yazıblar.
Mehriban Yariyeva
18:28 20.08.2025
Oxunuş sayı: 796