Rusiyada Azərbaycan diasporunun daha bir lideri həbs olundu

Rusiyanın Voronej şəhərində Azərbaycan diasporunun lideri və şəhərin ən böyük bazarının sahibi Yusif Xəlilov rüşvət verməkdə ittiham olunaraq həbs edilib. O, günahını qəbul etmir və ifadə verməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, hüquq-mühafizə orqanları hesab edir ki, bu ilin mart ayında o, oğlunun orduya aparılmaması üçün həkimə 330 min rubl verib. Məbləğin bir hissəsini Xəlilov vasitəçi ilə çatdırıb, qalan 100 min rubulu isə karta köçürüb.
Hazırda Xəlilov ifadə verməkdən imtina edib, özünü günahkar saymayıb. Diaspora lideri həbs olunub, ona 7 ildən 12 ilədək həbs cəzası və deportasiya təhlükəsi var.
Bənövşə Zahidli
20:22 18.08.2025
Oxunuş sayı: 729