Erməni türkşünas: “Bəsdir, gülüşlə və təbəssümlə hərbi bazanı da çıxarın”

“Vaşinqton üçtərəfli bəyannaməsində Ermənistan üçün kağız üzərində yazılmış sülhdən və Trampa zəng etmək imkanından başqa hansısa bir nailiyyət tapmaq çətindir”.
Crossmedia.az xəbər verir ki, bunu erməni türkşünas, tarix elmləri doktoru, professor Ruben Melkonyan deyib.
Onun sözlərinə görə, Ermənistanın üçüncü respublikası dağılıb.
“Biz Vaşinqtonda dağılmaqda olan divarların növbəti gurultusunu gördük. Bir epoxa başa çatır və özü ilə dəyərlər sistemini aparır. Vaşinqtonda gülüş və təbəssümlə bir sənəd imzalandı ki, bu da Qarabağ məsələsinin yekun bağlanması, Minsk qrupunun ləğvi idi. Bu, Vaşinqtonda bizim məğlubiyyətimizin, itkilərimizin təbəssümlə, eyforiya ilə təsbit olunması idi”, - deyə Melkonyan qeyd edib.
Melkonyan bildirib ki, müzakirə aparanın üzünə çox vaxt “poker face” deyirlər, yəni bu, soyuqqanlılıq, həmin anda nə hiss etdiyini göstərməmək cəhdidir.
“Tramp yolu, yoxsa Turan yolu? İlham Əliyev Vaşinqtonda nə almışdı ki, bu qədər sevinmişdi? Bəsdir, gülüşlə və təbəssümlə hərbi bazanı da çıxarın, əsas odur ki, artıq Trampın telefon nömrəsini almısınız”, - deyə o əlavə edib.
11:28 18.08.2025
Oxunuş sayı: 644