İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək

Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında Qazaxıstana dövlət səfəri edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
Onun sözlərinə görə, bu məsələ iki ölkə lideri arasında baş tutan son telefon danışığında müzakirə olunub.
Qeyd edək ki, hazırda tərəflər səfərin tarixi və gündəliyini razılaşdırırlar.
Fatimə Məmmədova
13:16 15.08.2025
Oxunuş sayı: 1107