"Tramp Marşrutu" Azərbaycanın və Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı monopoliyasından imtinasını simvolizə edir – Chatham House

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" Ermənistan və Azərbaycanın son 35 il ərzində bölüşdüyü vahid mövqeni – "Rusiyanın onların arasındakı münaqişənin həllində monopoliyasına yol vermək istəməməsini" özündə əks etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu
“Chatham House” analitik mərkəzinin məqaləsində deyilir.
Mütəxəssislərin fikrincə, "Tramp Marşrutu"nun
(TRIPP) həyata keçirilməsi, Cənubi Qafqaz məsələlərində bölgəxarici oyunçuların
iştirakından narazı olan Rusiya və İran üçün risklər yaradır. Gözlənilir ki,
Moskva TRIPP təşəbbüsünə davamlı şəkildə qarşı çıxacaq — o cümlədən Azərbaycanın
enerji infrastrukturuna təzyiq göstərməklə, Ermənistanın Aİ çərçivəsində ticarətinə
mane olmaqla, eləcə də Rusiyadakı erməni və azərbaycanlı diasporalarına təsir
göstərməklə.
Məqalədə vurğulanır ki, təşəbbüsün uğur qazanmaq şansı daha
yüksək olacaq, əgər onu Türkiyə və Aİ dəstəkləsə: "TRIPP-in həyata
keçirilməsi, qarşıya çıxacaq qaçılmaz çətinliklər artdıqca, impulsu qorumaq
üçün həm region daxilində, həm də xaricində geniş koalisiyanın davamlı dəstəyini
tələb edəcək".
00:05 15.08.2025
Oxunuş sayı: 700