Qəzzaya hücumlar nəticəsində ölən iyirmi minə yaxın uşağın adları açıqlanıb

İsrailin Qəzza zolağına etdiyi hücumlar nəticəsində həyatını itirən 18 500 fələstinli uşağın adları məlum olub.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "The Washinqton Post" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bu uşaqların 900-dən çoxu bir yaşını tamamlamadan, yəni ilk ad günlərinə çatmadan öldürülüb. Qəzet vurğulayıb ki, Qəzzada həlak olanların 31 faizi uşaqlardır. Ümumilikdə 9 327 uşaq 10 yaşdan aşağı olub.
Qeyd edək ki, bu statistik rəqəmlər Qəzzada humanitar vəziyyətin nə qədər kritik olduğunu bir daha göstərir.
Pərvin Hacıyeva
00:35 04.08.2025
Oxunuş sayı: 833