Kamboca Müdafiə Nazirliyi Tailandı atəşkəsi pozmaqda ittiham edir

Kamboca Müdafiə Nazirliyi Tailandın mübahisəli sərhəd ərazisində hərbi hazırlıqlara başladığını bəyan edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi məlumatda bu addımın tərəflər arasında qüvvədə olan atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirildiyi vurğulanır.
Hazırda bölgədə gərginlik artır. Hər iki ölkə bir-birini vəziyyəti qızışdırmaqda ittiham edir. Bu qarşılıqlı ittihamlar Malayziyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının təhlükə altına düşdüyünü göstərir.
Pərvin Hacıyeva
22:10 03.08.2025
Oxunuş sayı: 731