Türkiyə İran və İsrail arasında baş vermiş müharibədən nəticə çıxardı: kəşfiyyatın ŞOK hesabatı

Türkiyə İran və İsrail arasında baş vermiş müharibədən nəticə çıxardı: kəşfiyyatın hesabatı dərc olundu.
Crossmedia.az xəbər verir ki, bu barədə kəşfiyyat hesabatı dərc olunub.
Türkiyənin Milli Kəşfiyyat Akademiyası 2025-ci ilin iyun ayında alovlanan İran–İsrail münaqişəsinin nəticələri ilə bağlı analitik hesabat yayımlayıb.
Hesabatda prioritet istiqamətlər kimi aşağıdakılar göstərilib:
oxsəviyyəli hava hücumundan müdafiənin inkişafı
Xüsusilə aşağı hündürlüklərdəki hava məkanının qorunmasına diqqət yetirilməsi tövsiyə olunur — bu sahə mövcud sistemin ən zəif həlqəsi hesab edilir.
Xəbərdarlıq və sığınacaq sistemləri
Kəşfiyyat orqanları erkən xəbərdarlıq infrastrukturunun qurulmasını və böyük şəhərlərdə, eləcə də strateji obyektlərdə sığınacaqların inşasını tövsiyə edirlər.
Milli birliyin möhkəmləndirilməsi
Türkiyəyə qarşı mümkün xarici təhdidlər fonunda sosial həmrəyliyin və daxili birliyin gücləndirilməsinin vacibliyi vurğulanır.
Radioelektron mübarizə və PUA-lara üstünlük verilməsi
Sənəddə qeyd olunur ki, İranın ənənəvi silahları İsrailin dronlar və radioelektron mübarizə vasitələri ilə apardığı hücumlar fonunda sönük qaldı. Türkiyəyə bu texnologiyalara yatırımları artırmaq tövsiyə olunur.
Hipersəs raketləri təhlükəsi
İsrailin yüksək effektivliyə malik hava hücumundan müdafiə sistemləri belə hipersəs silahları ilə həyata keçirilən zərbələri tamamilə dəf edə bilmədi. Türkiyəyə bu cür təhdidlərə qarşı müdafiə vasitələrinin hazırlanmasını sürətləndirmək məsləhət görülür.
20:14 03.08.2025
Oxunuş sayı: 617