İsrailin İrana hücum ehtimalı hələ də qalır - İran ordusunun baş komandanı

İsrailin İrana hücum ehtimalı hələ də qalır və münaqişənin tam başa çatmasından danışmaq hələ tezdir.
Crossmedia.az xəbər verir ki, bu barədə İran ordusunun baş komandanı Əmir Hatəmi bildirib.
“Əgər hücum ehtimalı cəmi 1% təşkil edirsə belə, biz bunu 100 faizlik bir təhdid kimi qəbul etməliyik. Rəqibi az qiymətləndirmək – təhlükəli bir səhvdir”, – deyə general-leytenant qeyd edib.
20:11 03.08.2025
Oxunuş sayı: 585