İranda xəbərdarlıq siqnalları quraşdırılır

Tehranın müxtəlif nöqtələrində quraşdırılan yeni xəbərdarlıq sirenləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qurğuların dizaynı – qızılı günbəz, firuzəyi rənglər və naxışlı silindrik gövdə – bir çox izləyicilər tərəfindən Məscidül-Əqsa ilə vizual oxşarlığına görə bənzədilib. Məhz bu bənzərlik sosial mediada müzakirələri daha da artırıb.
Crossmedia.az xəbər verir ki ,Tehran Şəhər Şurasının üzvü Mehdi Babayi məsələ ilə bağlı açıqlamasında bildirib ki, son dövrlərdə yaşanan müharibə təcrübəsi göstərib ki, fövqəladə hallarda vətəndaşlara yalnız mobil telefonlar vasitəsilə xəbərdarlıq etmək kifayət etmir. Bu səbəbdən şəhər ərazisində səsgücləndiricilərdən istifadə olunması üçün xüsusi layihə hazırlanıb. Hazırda ilkin xəbərdarlıq siqnalları artıq Tehranın əsas meydanlarında quraşdırılıb.
Hazırda rəsmi qurumlar sirenlərin dizaynı ilə bağlı heç bir açıqlama verməyib.
Pərvin Hacıyeva
18:10 03.08.2025
Oxunuş sayı: 826