HƏMAS silahı yerə qoymaqdan imtina edir

HƏMAS müstəqil Fələstin dövləti yaradılmayana qədər silahı yerə qoymayacağını bəyan edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, fələstinli silahlı qruplaşmanın bəyanatında bildirilib ki, silahlı müqavimət, milli hüquqlarımız tam şəkildə bərpa olunmadan, hər şeydən əvvəl paytaxtı Qüds olan müstəqil və tam suveren Fələstin dövləti yaradılmadan dayandırıla bilməz.
Xatırladaq ki, ötən həftə HƏMAS və İsrail arasında Qəzzada 60 günlük atəşkəs və girovların azad olunması ilə bağlı aparılan bilavasitə olmayan danışıqlar dalana dirənmişdi.
Pərvin Hacıyeva
17:26 03.08.2025
Oxunuş sayı: 763