Leninqradda təhlükəsizlik səbəbilə 30-dan çox reys təxirə salındı

Təhlükəsizlik məqsədilə tətbiq edilən məhdudiyyətlər Rusiyanın Leninqrad vilayətində yerləşən Pulkovo hava limanında ciddi gecikmələrə səbəb olub. Rəsmi məlumata görə, 30-dan çox aviareys təxirə salınıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bununla yanaşı, Leninqradda mobil internet və ümumi rabitə keyfiyyəti də zəifləyib. Bu barədə vilayətin İnformatlaşdırma və Rabitə Komitəsi məlumat yayıb.
Komitə təxirə salınan reyslər və rabitə problemlərinin təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilən tədbirlərlə bağlı olduğunu bildirib.
Pərvin Hacıyeva
14:18 03.08.2025
Oxunuş sayı: 802