İsrailin keçmiş generalı Qəzzadakı siyasəti "soyqırım" adlandırdı

İsrail ordusunun təxris olunmuş briqada generalı və MOSSAD-ın sabiq rəsmisi Umiram Levin Təl-Əvivdəki “Maşan” mərkəzində keçirilən “Mədəniyyət şənbəsi” tədbirində İsrailin Qəzzadakı mülki əhaliyə qarşı siyasətini kəskin tənqid edib.
Crossmedia.az xəbər verir ki, Levin çıxışında bildirib ki, hökumətin orduya verdiyi göstərişlər cinayətdir və ac uşaqlara, valideynlərə, sadəcə bir parça çörək axtaran insanlara atəş açmaq soyqırımıdır. O vurğulayıb ki, məhz Qəzzada belə bir soyqırım həyata keçirilir.
Generalın sözləri tədbirdə bəzi iştirakçıların etirazına səbəb olub və zalda gərginlik yaranıb, lakin Levin çıxışını dayandırmadan davam etdirib.
Pərvin Hacıyeva
14:07 03.08.2025
Oxunuş sayı: 681