Pakistan ordusu yeni döyüş helikopterləri ilə güclənir

Pakistan Ordusunun Qərargah rəisi, feldmarşal Sayed Asim Munir ordunun aviasiya qüvvələrinə ən müasir Z-10ME döyüş helikopterlərinin daxil olması ilə bağlı keçirilən tədbirdə iştirak edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Pakistanın İctimaiyyətlə Əlaqələr üzrə Müştərək Xidməti (ISPR) yayıb.
“Z-10ME istənilən hava şəraitində, həm gündüz, həm də gecə dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir. O, qabaqcıl radar sistemləri və radioelektron mübarizə texnologiyaları ilə təchiz olunub. Bu, Pakistan ordusunun hava və yerüstü təhlükələrə qarşı imkanlarını xeyli artırır”, – qurumun açıqlamasında qeyd olunub.
Belə ki, yeni versiya əvvəlkilərlə müqayisədə xeyli təkmilləşdirilib. Helikopterlər 1600 at gücünə malik WZ-9G mühərrikləri ilə təchiz olunub. Onlar 16 ədəd tank əleyhinə və ya “hava-hava” tipli raketlər, 70 mm-lik raket bloku və 23 mm-lik topla silahlandırıla bilər. Maksimum yükqaldırma qabiliyyəti isə 1540 kiloqramdır.
Fatimə Məmmədova
16:38 02.08.2025
Oxunuş sayı: 785