Prokurorluq: Kilsəyə verilən torpaq geri alınmalıdır

Ermənistan Baş Prokurorluğu 2018-ci ildə Erməni Apostol Kilsəsinə verilmiş torpaq sahəsinin və tikililərin Müdafiə Nazirliyinin balansına qaytarılmasını tələb edir. Bu məqsədlə 30 iyul tarixində Antikorrupsiya Məhkəməsinə iddia təqdim edilib.
Crossmedia.az xəbər verir ki, məlumatı erməni KİV-i yayıb.
Söhbət ümumi sahəsi 9427 kvadratmetr olan tikililərdən və 8,9 hektarlıq xüsusi təyinatlı torpaq sahəsindən gedir.
Xatırladaq ki, həmin əmlakın kilsəyə verilməsi ilə bağlı qərar 2018-ci ilin mart ayında Ermənistan hökuməti tərəfindən qəbul olunub. Baş Prokurorluğun açıqlamasına görə, bağışlama müqaviləsi qanun pozuntuları ilə imzalanıb və bu səbəbdən onun etibarsız sayılması tələb olunur.
Fatimə Məmmədova
16:22 02.08.2025
Oxunuş sayı: 651