Tramp: Rusiya ilə razılaşma olmasa, sanksiyalar tətbiq olunacaq

ABŞ-nin prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunmazsa, Moskvaya qarşı sanksiyaların tətbiq olunacağını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Donald Tramp Newsmax kanalına açıqlamasında bildirib.
O eyni zamanda etiraf edib ki, Rusiya bu sanksiyalardan yayınmaqda bacarıqlıdır.
“Biz sanksiyalar tətbiq edəcəyik, amma o (Putin – red.) sanksiyalarla işləməyi yaxşı bacarır. O, onlardan yan keçməyi bilir”, – deyə Tramp bildirib.
Trampın fikrincə, Rusiya prezidenti Vladimir Putin bütün Ukrayna ərazisinə nəzarət qurmağa çalışır, lakin “bu, onun üçün asan olmayacaq”.
Xumar Emilqızı
11:00 02.08.2025
Oxunuş sayı: 820