Aİ Ermənistana dəstəyi azaldır

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) real dəstəyini tədricən itirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Brüssel Paşinyana sözdə dəstək versə də, praktik yardımlar azalır: “Aİ-nn Ermənistana ayırdığı 270 milyon avroluq yardım paketi hələ tam həyata keçirilməyib və əsasən informasiya təhlükəsizliyi ilə məhdudlaşır. Ekspertlər hesab edir ki, iqtisadi sərmayələrin olmaması Paşinyanın mövqeyini zəiflədə bilər. Bununla yanaşı, Aİ yalnız müstəqil media və dezinformasiyaya qarşı mübarizə üçün cəmi 1,5 milyon avro ayırıb. Müşahidəçilərin fikrincə, Brüssel–İrəvan münasibətləri simvolik dəstək mərhələsindən o tərəfə keçə bilmir”
Nigar Rəhimova
23:52 01.08.2025
Oxunuş sayı: 1214