ChatGPT istifadəçilərinə xəbərdarlıq: Məlumatlar tam məxfi deyil

OpenAI-nin rəhbəri Sem Altman istifadəçilərə xəbərdarlıq edib:
ChatGPT-yə verilən məlumatlarla ehtiyatlı olun.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bu süni intellekt modeli nə psixoloqdur, nə də etibarlı sirdaş. Modeli yaradan şirkət, verilən məlumatların tam məxfiliyinə zəmanət vermir.
Verilən məlumatlar açıqlana bilər:
Şirkət bəzi hallarda istifadəçilərlə olan yazışmaları açıqlamağa məcbur qala bilər. Bu, hüquqi və ya texniki səbəblərlə baş verə bilər.
Nə etmək lazımdır?
ChatGPT-dən istifadə edərkən şəxsi, həssas və ya gizli məlumatları paylaşmamaq tövsiyə olunur. Platforma məlumatları saxlaya və təhlil edə bilər.
Xumar Emilqızı
21:10 01.08.2025
Oxunuş sayı: 1313