Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var. Bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Dövlətimizin başçısı bildirib: “Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə bu aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik”.
17:21 19.07.2025
Oxunuş sayı: 591