Bu işdə əli olan hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır

Son illərdə cəmiyyətin diqqətini çəkən və ciddi narahatlıq doğuran məsələlərdən biri də saxta diplom və sertifikatlarla tibbi fəaliyyət göstərən “həkim”lərin mövcudluğudur. Bu, təkcə peşə etikası və insan həyatına göstərilən hörmət baxımından deyil, həm də hüquqi və ictimai təhlükəsizlik baxımından olduqca ciddi problemdir. Tibbi bilik və bacarıq yalnız uzun illər təhsil və təcrübə ilə əldə olunur. Belə bir sahədə saxta sənədlərlə fəaliyyət göstərmək, insan həyatını riskə atmaq deməkdir. Saxta sertifikatla “həkim” kimi çalışan şəxslər yalnız qanunları pozmaqla kifayətlənmirlər, eyni zamanda insanların sağlamlığını, bəzən isə həyatını təhlükə altına atırlar.
Mövzu ilə bağlı səhiyyə eksperti Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:
“Son dövrlərdə cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də saxta diplom və sertifikatlarla tibbi sahədə fəaliyyət göstərən şəxslərlə bağlıdır. İnsan sağlamlığı kimi son dərəcə həssas və ciddi məsuliyyət tələb edən bir sahədə bu cür halların mövcudluğu təkcə peşə etikasına deyil, həm də hüquqi çərçivələrə ziddir”.
Ayhan
09:52 29.06.2025
Oxunuş sayı: 917