Sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı yayılanlar həqiqəti əks etdirmir - RƏSMİ

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı saxta xəbər- “fake news” kampaniyası başlayıb.
Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır.
Bu barədə Crossmedia.az-a MÜTDA-dan bildirilib.
Qeyd edilib ki , ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib.
Bildirilib ki , yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur.
17:42 27.06.2025
Oxunuş sayı: 559