Bu gündən “Muğam aləmi” başlayır

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı 17–22 iyun tarixlərində keçiriləcək.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Festivalda 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək. Festivalın açılış mərasimi iyunun 17-də Heydər Əliyev Sarayında olacaq.
15:11 17.06.2025
Oxunuş sayı: 658