Bakı polşalı yazarın gözü ilə – Keltsedə unikal foto-sərgi təşkil olunub




Keltsedə Azərbaycandakı Polşa irsi haqqında foto-sərgi təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova "X"də yazıb.
Diplomat bildirib ki, Keltse təkcə ticarət sərgiləri ilə deyil, həm də yazıçı Stefan Jeromskinin irsi ilə məşhurdur:
"O, XX əsrin əvvəllərində Bakını təsvir edən "Erkən bahar" (Przedwiośnie) əsərinin müəllifidir. Stefan Jeromski adına məktəbin şagirdləri ilə görüşmək də çox xoş oldu".
18:40 03.06.2025
Oxunuş sayı: 1336