Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qoşulub

Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayraqqaldırma aksiyası keçirilib. Bu barədə Türkiyənin Torontodakı baş konsulluğu məlumat yayıb.
"Azərbaycan – Kanada icması ilə birlikdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü Kanadalı Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil edilmiş bayraqqaldırma aksiyası ilə qeyd etdik", – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.
Tədbirdə Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş da iştirak edib. (report)
08:10 26.05.2025
Oxunuş sayı: 1037