“Yüksəliş” müsabiqəsi beynəlxalq səviyyədə mühüm uğura imza atıb

“Yüksəliş” müsabiqəsi 2025-ci il "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı elan olunaraq beynəlxalq səviyyədə mühüm uğura imza atıb.
Crossmedia.az xəbər verir ki, müsabiqədə finalçı statusu Azərbaycanın ilk növbədə kadr potensialının inkişafına, innovativ layihələrə verdiyi dəyərin və ölkədə tətbiq olunan yeni nəsil yanaşmaların dünya miqyasında tanındığını göstərir.
Müsabiqənin beynəlxalq platformalarda bu cür uğur qazanması isə gələcək inkişaf istiqamətləri üçün yeni imkanların qapısını açır.
Azərbaycan gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib: “Bu uğur Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Ehtiyat Bankına daha peşəkar mütəxəssislərin cəlb edilməsi yolunda atılan əhəmiyyətli addımdır.”
Xatırladaq ki, 2025-ci ildə mükafat 13 kateqoriya üzrə təqdim olunacaq. Növbəti mərhələdə isə artıq hər kateqoriya üzrə qaliblər elan ediləcək.
16:19 23.05.2025
Oxunuş sayı: 630