İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planına dair təkliflər aidiyyəti qurumlara göndərilib YENİLƏNİB

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün yeni Milli Fəaliyyət Planı”nın layihəsi hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.
O qeyd edib ki, sənəd rəy və təkliflərin alınması üçün müvafiq qurumlara göndərilib.
10:03
Bu il “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün yeni Milli Fəaliyyət Planı” aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla yekunlaşdırılıb, təqdim ediləcək.
Crossmedia.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
İllik məlumatda qeyd edilib ki, müvafiq sahədə davamlı hüquqi islahatların həyata keçirilməsi, mövcud resursların səmərəli istifadəsi, insan alveri cinayətlərinin iştirakçılarının təqibi, qurbanların aşkarlanması üçün süni intellekt, rəqəmsal alətlərdən istifadə edilməsi, müasir texnologiyaların tətbiqi ilə profilaktika işinin genişləndirilməsi və səmərəsinin artırılması qarşıda duran əsas vəzifələrdir.
Hazırda bu istiqamətlərdə fəaliyyət sistemli şəkildə davam etdirilir.
10:28 13.05.2025
Oxunuş sayı: 858