Tibb müəssisələrinin dəyərləndirilməsi üçün beynəlxalq ekspert dəvət edilib






- TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrində kəskin insult kliniki diaqnozu ilə hospitalizasiya olunan xəstələrə keyfiyyətli tibbi xidmətlərin təşkili istiqamətində beynəlxalq standartlara uyğunluğun yerində dəyərləndirilməsi həyata keçirilib.
- Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bu məqsədlə TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin təşkilatçılığı ilə Ümumdünya İnsult Təşkilatının (ÜİT) rəsmi nümayəndəsi (ekspert) Axel Kohlmetz ölkəmizə dəvət edilib və onunla birgə Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzinin 2 saylı Şəhər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının A.Səhhət adına xəstəxanasına (Gəncə ŞBX) ziyarətlər təşkil olunub. Ziyarətlərin ilkin mərhələsində ekspert müəssisənin rəhbərliyinə və aidiyyəti tibb personalına ÜİT-nın sertifikasiya prosesinin mərhələlərini ətraflı izah edib və sertifikasiya komissiyasının gəlişinə hazırlıq tədbirlərinin görülməsi üçün tövsiyələrini verib.
Bundan başqa, ÜİT-nın rəsmi nümayəndəsi sertifikasiya üçün tələb edilən şərtləri şifahi qaydada əməkdaşların nəzərinə çatdırıb və insult diaqnozu təyin edilmiş xəstələrə vaxtında müvafiq tibbi yardımın göstərilməsi üçün işin səmərəli təşkili istiqamətində onlara müvafiq tövsiyələrini verib.
14:53 28.01.2025
Oxunuş sayı: 4566