Azərbaycan və Belarus arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
 
                                            - Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
- Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
- "Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.
13:02 28.01.2025
Oxunuş sayı: 7502
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        