Azərbaycanda "sükut günü"dür

- Azərbaycanda 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün “sükut günü”dür.
- Crossmedia.az xəbər verir ki, seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat prosesi səsvermə gününə 24 saat qalmış dayandırılır. Bununla əlaqədar olaraq, bu gün heç bir təşviqat fəaliyyəti həyata keçirilə bilməz.
- Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, həmçinin qeydə alınmış siyasi partiyalar və partiya blokları tərəfindən aparıla bilər. Təşviqat prosesi rəsmi olaraq yanvarın 6-da başlamış və yanvarın 28-i saat 08:00-da başa çatmışdır.
- Qeyri-rəsmi olaraq “sükut günü” adlandırılan bu gün seçicilərə sərbəst seçim etmək üçün təzyiqlərdən azad mühit yaradılması məqsədi daşıyır.
- Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparır.
08:08 28.01.2025
Oxunuş sayı: 4629