Sabirabadda bələdiyyə seçkilərində 238 nəfər ilk dəfə səs verəcək
 
                                            Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 67 saylı Sabirabad seçki dairəsi üzrə 238 nəfər ilk dəfə öz səsvermə hüququndan istifadə edəcək.
Bu barədə DSK-nın sədri Məstalı Nuriyev məlumat verib.
Bildirib ki, dairənin əhatə etdiyi 50 seçki məntəqəsində 50 min 740 seçicinin səsverməsi gözlənilir.
Dairədə namizədliyi qeydə alınmış 188 nəfər 9 bələdiyyə uğrunda mübarizə aparacaq.(Report)
19:52 25.01.2025
Oxunuş sayı: 10112
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
        