Azərbaycan millisi dünya çempionatında Haiti ilə oyunda uduzub
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Haiti yığmasına məğlub olub.
Crossmedia.az xəbər verir ki , Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 0:4 hesabı ilə uduzub.
Xatırladaq ki, U-15 millimiz yer aldığı AF qrupunda daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə məğlub olub - 1:3.
Bununla da yığma qrupunu 9 xalla üçüncü pillədə başa vurub.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
19:14 26.10.2026
Oxunuş sayı: 43