Demokratlar Trampın Rusiya dizeli ilə bağlı sövdələşməsini araşdırmağa hazırlaşır
ABŞ-də demokratlar Donald Tramp administrasiyası ilə Moskva arasında Rusiya dizelinin mümkün idxalı ilə bağlı sövdələşməni araşdırmağa hazırlaşırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Demokratlar ABŞ-ın ən böyük banklarından və liman administrasiyalarından Rusiya dizelinin mümkün idxalı və bu yanacaqla bağlı digər əməliyyatlara dair bütün sənədləri və yazışmaları qoruyub saxlamağı tələb ediblər.
Demokratlar Konqresin palatalarından ən azı birində nəzarəti yenidən ələ alsalar, Trampın Moskva ilə razılaşmasının araşdırılması prioritet məsələlərdən biri olacaq.
Qanunvericilər hesab edirlər ki, sövdələşmə 2022-ci ildə Rusiya neft məhsullarının idxalını qadağan edən qanunu poza və faktiki olaraq Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə xidmət edə bilər. ABŞ Maliyyə Nazirliyi isə razılaşmanın qanuni olduğunu bildirir.
Məktub JPMorgan, Bank of America, Citi, Wells Fargo, Goldman Sachs və Morgan Stanley banklarına, həmçinin Hyuston, Bomont, Korpus-Kristi və Nyu-York–Nyu-Cersi limanlarının administrasiyalarına göndərilib.
Məktubu imzalayan qanunvericilərdən sənədlərin qorunub saxlanıldığını çərşənbə gününədək təsdiqləmək, eləcə də mümkün və ya artıq baş tutmuş sövdələşmələr barədə məlumat vermək tələb olunub.
19:20 26.10.2026
Oxunuş sayı: 50