ABŞ-dən Tayvan məsələsi ilə bağlı açıqlama
ABŞ-nin Çindəki səfiri Devid Perdyu Vaşinqtonun Tayvan məsələsinin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Devid Perdyu bu barədə açıqlama verib.
“Biz sülh yolu ilə həll istəyirik. Bu, Tayvan və Çin xalqları arasında olan məsələdir”, – deyə diplomat bildirib.
ABŞ səfirinin sözlərinə görə, Vaşinqton Tayvan boğazında sülh və sabitliyin qorunmasını istəyir. ABŞ-nin Tayvan siyasətinin əsas istiqamətlərindən biri də adanın gələcəyinin sülh yolu ilə müəyyənləşdirilməsinin dəstəklənməsidir.
23:51 25.09.2026
Oxunuş sayı: 46