Piyada keçidində təhlükəli manevr: İki nəfərin ayağı avtomobilin altında qaldı
Bakının Akim Abbasov küçəsində yolu keçən iki nəfər avtomobil tərəfindən vurulub.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saat 22:00 radələrində baş verib.
Həmin vaxt piyadalar üçün yaşıl işıq yanıb və insanlar piyada keçidi ilə yolu keçiblər. “Hyundai Avante” markalı, 77-FO-799 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola döndükdən sonra qəfil geriyə manevr edib və nəticədə iki piyadanın ayağını əzib.
Hadisə zamanı sürücünün piyada keçidinin üzərində geriyə manevr etdiyi bildirilir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, sürücü həm geriyə dönüş üçün nəzərdə tutulmayan yerdə manevr edib, həm də bu manevri piyada keçidinin üzərində həyata keçirib. Nəticədə iki piyada xəsarət alıb.
Qəza ərazidə nəqliyyatın hərəkətinə də təsir edib və hadisə səbəbindən yolda tıxac yaranıb.
Məhəbbət Tərlanoğlu
13:50 25.09.2026
Oxunuş sayı: 75