Suraxanıda qaz olmayacaq
Bu gün Bakının Suraxanı rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
09:26 24.09.2026
Oxunuş sayı: 38