Emrah Yaşar Avropa çempionatında finala yüksəldi
Türkiyə millisinin boksçusu Emrah Yaşar Sofiyada keçirilən 2026-cı il Avropa çempionatında 90 kiloqram çəki dərəcəsində finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, Sofiyada keçirilən yarışda Emrah Yaşar yarımfinal görüşündə Almaniya təmsilçisi Kevin Lebovskini 5:0 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Emrah Yaşar böyük kişilər arasında Avropa çempionatlarında ilk dəfə finala yüksəlib. O, eyni zamanda Türkiyənin Avropa çempionatları tarixində kişilər arasında ağır çəki dərəcəsində finala yüksələn ilk boksçusu olub.
Final görüşündə Emrah Yaşar İspaniya təmsilçisi Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüşün sentyabrın 25-də keçirilməsi planlaşdırılır. 2024-cü il Paris Olimpiadasının bürünc medalçısı olan Reyes Pla da turnirdə ən azı bürünc medalı təmin edib.
Emrah Yaşar yarımfinaldan sonra finala yüksəlməyin onun üçün böyük qürur olduğunu bildirib. O, qarşılaşmanı izləyən Türkiyənin Gənclər və İdman naziri, olimpiya çempionu Hamza Yerlikayaya və Türkiyə Boks Federasiyasının prezidenti Suat Hekimoğluna dəstəyə görə təşəkkür edib.
Milli boksçu finalda qızıl medal qazanmaq üçün mübarizə aparacağını və turniri çempion kimi başa vurmaq istədiyini bildirib.
2026-cı il Avropa Boks Çempionatı Sofiyanın “Asics Arena”sında keçirilir. Yarışın final görüşləri sentyabrın 25-də baş tutacaq.
18:16 23.09.2026
Oxunuş sayı: 39