Serxio Peres: "Əvvəllər Bakıdakı yarışlarda yaxşı çıxış etmişəm"
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Kadillak" komandasının pilotu Serxio Peres Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüb.
Crossmedia.az xəbər verir ki, meksikalı sürücü bu barədə ABŞ təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
S.Peres Bakıdakı yarışı səbirsizliklə gözlədiyini deyib:
"Madriddəki turnir mənim trasda çıxmalı olduğum ana qədər uğurlu şəkildə davam edirdi. Yəqin ki, bu, mövsümdə bizim ən güclü yarışımız idi. Bu uğuru Bakıda təkrarlamağa çalışmaq üçün yenidən trasa qayıtmağı səbirsizliklə gözləyirəm. Əvvəllər Bakıda yaxşı çıxış etmişəm. Ümid edirəm ki, dərhal ritmə düşəcəyəm, sərbəst yürüşlərdə yaxşı temp yaxalayacağam və komandanın layiq olduğu nəticəni göstərəcəyəyəm".
Xatırladaq ki, sentyabrın 24-də start götürəcək Azərbaycan Qran-prisi üç gün davam edəcək. Serxio Peres 2021 və 2023-cü illərdə "Red Bull" komandasının heyətində Bakıdakı yarışın qalibi olub.
11:11 23.09.2026
Oxunuş sayı: 47