Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və Ermənistanla qarşılaşacaqlar
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Crossmedia.az-ın məlumatına görə, kişilərdən ibarət komanda VII turda Yunanıstanla üz-üzə gələcək.
Qadınlar isə Ermənistandan olan rəqibləri ilə qarşılaşaşacaqlar.
Kişilərdən ibarət kollektiv 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət seçmə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
09:22 23.09.2026
Oxunuş sayı: 36