Lavrov Quterreşi ittiham etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antonio Quterreşi Buçada baş verənlərlə bağlı açıqlamalarında ziddiyyətli mövqe nümayiş etdirməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Lavrov bu fikirləri “Feyklər haqqında dialoq 4.0” beynəlxalq forumunda səsləndirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Quterreş bir tərəfdən Buçada ölən şəxslər və onların adları ilə bağlı məlumatların mövcud olduğunu, lakin məxfi xarakter daşıdığı üçün açıqlana bilməyəcəyini bildirir, digər tərəfdən isə belə məlumatların olmadığını deyir.
Lavrov bildirib ki, o, hər il Quterreşə Buçada öldüyü iddia edilən şəxslərin siyahısının açıqlanması ilə bağlı müraciət edib. Onun sözlərinə görə, bu məktublara BMT Baş katibindən “formal cavab” gəlib.
13:59 22.09.2026
Oxunuş sayı: 43