Fransız siyasətçi Makronun Rusiya ilə bağlı açıqlamasını tənqid edib
Fransalı siyasətçi Florian Filippo Fransa vətəndaşlarının Rusiyadan deyil, prezident Emmanuel Makrondan qorunmağa ehtiyac duyduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Patriotlar” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
Filippo Makronun Rusiyadan gələn hibrid təhlükənin artması ilə bağlı açıqlamasını şərh edərək, bunun cəmiyyətdə qorxu yaratmağa xidmət etdiyini iddia edib. Makron isə sentyabrın 18-də Rusiyanın Avropa və Fransaya qarşı hibrid təhdidinin gücləndiyini bildirərək, kritik infrastrukturu mümkün dron və kiberhücumlardan qorumaq üçün plan hazırlanmasını tapşırıb.
Filippo daha əvvəl də Makronun Rusiya ilə bağlı siyasətini tənqid edib. Fransanın “Ayağa qalx, Fransa” partiyasının lideri Nikola Dyupont-Enyan isə Makronu Rusiya ilə müharibəyə hazırlaşmaqda ittiham edib və fransızların belə bir qarşıdurmaya cəlb olunmasını istəmədiyini bildirib.
23:51 21.09.2026
Oxunuş sayı: 43