Aysel İbayevaya vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
Crossmedia.az xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
O bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə "PAŞA Sığorta" ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib. (İqtisadiyyat.az)
15:19 21.09.2026
Oxunuş sayı: 53