Rusiyada Seçki Komissiyalarına hücum edildi
Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin 10 regionunda seçki komissiyalarının 74 binası hücumlar nəticəsində zərər görüb.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
Onun sözlərinə görə, ən çox zərər Zaporojye vilayətində qeydə alınıb. Burada seçki komissiyalarının 17 binasına ziyan dəyib.
Pamfilova bu hücumların Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini iddia edib. Müxtəlif regionlarda seçki komissiyalarının binalarına dəyən zərərin xarakteri barədə əlavə məlumat verilməyib.
09:48 21.09.2026
Oxunuş sayı: 46