Azərbaycan atleti Anna Yusupova dünya çempionatında 91-ci yeri tutub
Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.
Azərbaycan Atletika Federasiyasından Crossmedia.az-a verilən məlumata görə, idmançı yarımmarafonda mübarizə aparıb.
A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.
Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.
09:34 21.09.2026
Oxunuş sayı: 46