Ukraynada müasir anbarların təxminən yarısının məhv edildiyi bildirilib
Ukraynada Rusiya zərbələri nəticəsində müasir anbar sahələrinin təxminən yarısının məhv edildiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, “Financial times” bu barədə məlumat yayıb.
“EVA” və “VARUS” pərakəndə şəbəkələrinin təsisçisi və ortaq sahibi Ruslan Şostakın sözlərinə görə, Rusiyanın hücumları nəticəsində ölkədəki müasir logistika anbarlarının ümumi sahəsi 5 milyon kvadratmetrdən 2,1 milyon kvadratmetrədək azalıb. Onun bildirdiyinə görə, son aylarda təxminən 900 min kvadratmetr anbar sahəsi məhv edilib.
“Dragon Capital” investisiya şirkətinin baş iqtisadçısı Yelena Bilan isə zərbələrdən zərər çəkən şirkətlərin artan xərcləri istehlakçıların üzərinə qoymaq məcburiyyətində qala biləcəyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət 2026-cı ildə Ukraynada iqtisadi artım imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
Problemlərin yalnız pərakəndə ticarət və logistika ilə məhdudlaşmadığı qeyd olunur. “Metinvest” şirkətinin baş direktorunun ofisinin rəhbəri Aleksandr Vodoviz Ukraynanın əsas polad müəssisələrinin bir hissəsinin Rusiya zərbələri nəticəsində fəaliyyətini dayandırdığını və bunun polad istehsalının təxminən 90 faizinin itirilməsi ilə nəticələndiyini bildirib.
18:39 20.09.2026
Oxunuş sayı: 48