Polşalı nazirdən Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA
Polşa xarici işlər naziri Radoslav Sikorski Ukraynanın müharibədən sonra hərbi texnika sahəsində böyük ixracatçıya çevrilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Sikorski bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Polşa Ukrayna hərbçilərinin müasir müharibənin aparılması ilə bağlı təcrübəsindən öyrənəcək.
Sikorski bildirib ki, Ukraynanın hərbi sənaye və ordusunun əldə etdiyi təcrübə müharibədən sonra da mühüm əhəmiyyət daşıyacaq.
15:18 17.09.2026
Oxunuş sayı: 54