Azərbaycan atleti Anna Yusupova dünya çempionatında iştirak məqsədilə Danimarkaya yollanıb
Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova şose qaçışı üzrə dünya çempionatında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə yollanıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
O, yarışa məşqçisi Vüqar Ələsgərovla birlikdə gedib.
Dünya çempionatı sentyabrın 19-20-də baş tutacaq.
14:54 17.09.2026
Oxunuş sayı: 55