"Qəbələ" Elvin Camalovu heyətinə qatdığını açıqlayıb
"Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Qəbələ" Akademiyasının yetirməsi olan 31 yaşlı oyunçu komandanın əsas heyətində 132 oyun keçirib.
23:13 16.09.2026
Oxunuş sayı: 47