Kiyevə reaktiv dronlarla zərbə endirilib
Sentyabrın 16-da səhər saatlarında Rusiya qüvvələri Kiyevə reaktiv tipli pilotsuz uçuş aparatları ilə hücum edib.
Crossmedia.az xəbər verir ki
Hücum nəticəsində paytaxtın Svyatoşın rayonunda anbar binasında yanğın baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Reaktiv mühərrikli dronların istifadəsi Ukraynanın hava hücumundan müdafiəsi üçün əlavə çətinlik yaradır. Reuters-in məlumatına görə, Rusiya son dövrlərdə daha sürətli reaktiv dronlardan istifadəsini artırıb və Ukrayna bu aparatların qarşısının alınması üçün yeni vasitələr hazırlayır.
04:00 01.01.1970
Oxunuş sayı: 46