Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
Azərbaycan idmançıları Fransanın Bulon-sür-Mer şəhərində keçirilən savat üzrə dünya çempionatında 3 bürünc medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ələkbər Xanməmmədov (56 kq), Yasin İbrahimov (60 kq) və Nihat Quliyev (65 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
21:54 14.09.2026
Oxunuş sayı: 42